Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Xocalı soyqırımı bəşəriyyətin ən böyük cinayət aktıdır

20 fevral 2015 | 16:00

20 fevral 2015 - ci il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23- cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşəriyyətin ən böyük  cinayət aktıdır” mövzusunda rəsm əsərlərinin sərgisi açılmışdır. Sərgidə Mərkəzin rəsm studiyası üzvlərinin Xocalı soyqırımını və eyni zamanda xalqımızın mübarizlik əzmini əks etdirən əl işləri nümayiş etdirilmişdir.Açılışda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,  sonra Mərkəzin direktoru S.Şəfiyeva,  rəsm studiyasının rəhbəri A.İbrahimova və Şəhər Təhsil Şöbəsinin müdir müavini G.Bağırov  təqdim olunan sərginin  gənclərin vətənpərvərlik tərbiyəsindəki rolu, bu kimi tədbirlərin əhəmiyyəti barədə çıxış etmişlər.  Qeyd olunmuşdur   ki , hər bir tarixi proses o zaman xalqın tarixi yaddaşına həkk olunur ki , baş vermiş hadisələr eyni zamanda sənət əsərlərinin mövzusuna çevrilir. Tarixən Azərbaycan xalqının yaradıcı insanları milli faciələri gələcək nəsillərə çatdırmaq , milli mənlik şüuruna həkk etmək üçün güclü təsirə malik sənət əsərləri yaratmışlar.Bu günki sərgi də irsə sadiqlik və 1992-ci ilin 26 fevralında Xocalıda törədilən və insanlığa sığmayan  soyqırımın  rənglərin dili ilə tamaşaçıya çatdırılması böyüməkdə olan gənc nəslin Vətən amalını çox uca və müqəddəs tutduqlarının bariz nümunəsidir.  
Sərgi  5 gün davam edəcəkdir.

Keçidlər