Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Yeniyetmə və valideyn münasibətlərinin tənzimlənməsində məktəb və cəmiyyətin rolu” mövzusunda dəyirmi masa keçirildi

13 fevral 2015 | 16:00

Fevralın 13-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və valideyn münasibətlərinin tənzimlənməsində məktəb və cəmiyyətin rolu” mövzusunda dəyirmi masa keçirildi. Valideyn-məktəb əməkdaşlığına dəstək və valideynlərin pedaqoji-psixoloji maarifləndirilməsi məqsədi daşıyan tədbirdə ümumtəhsil məktəblərinin direktorları, Məktəb Valideyn Komitələrinin sədrləri, VMA üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şagirdlər iştirak edirdi.
Dəyrimi masanı giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva açaraq mövzu ilə bağlı məlumat verdi.
Tədbir iştirakçılarından şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev, Əməkdar müəllim Akif Xalıqov, Digah məktəbinin psixoloqu Jalə Əzimova, Əmək müfəttişliyinin nümayəndəsi Rasim Rəhimov çıxış edərək “Yeniyetmələrin ailədə valideynlərlə qarşılıqlı münasibətinin qurulması yolları”, “Məktəb-valideyn-cəmiyyət münasibətləri”, “Yeniyetmələrin sosiallaşmasında ailənin və mühitin rolu”, “Yeniyetmə və valideyn münasibətləri çərçivəsində uşaq əməyinin istismarı”, “Riskli ailələrdə valideyn-yeniyetmə münasibətləri” mövzularında fikirlərini bölüşdülər.
Tədbir boyu mövzu ilə bağlı müzakirələr aparılaraq müxtəlif rəy və mülahizələr bildirildi.
Maraqlı keçən dəyrimi masanı R.Əliyeva yekunlaşdırdı.

Keçidlər