Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH-DƏ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

10 fevral 2015 | 16:00

Fevralın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra Aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının müavinləri – Möhübbət Babayev, Rasilə Əliyeva, İlkin Rəhimov, Tofiq Rzayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxışlarında ötən həftə ərzində görülmüş işlər barədə ətraflı məlumat verdilər, həftə ərzində görüləcək işlərdən danışdılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da keçirilən əhalinin pulsuz tibbi müayinəsinin daha mütəşəkkil yerinə yetirilməsi üçün tövsiyələrini, eyni zamanda şəhərdə, rayonun qəsəbə və kəndlərində səliqə-sahman işlərinə diqqətin artırılması, yaşıllıqlara qulluq edilməsi və həftə ərzində görüləcək işlərin icrası ilə bağlı konkret tapşırıqlarını verdi.

Keçidlər