Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ KEÇİRİLDİ

10 fevral 2015 | 16:00

Lənkəran şəhər Şahmat məktəbində Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Təhsil şöbəsi və Lənkəran şəhər Şahmat məktəbinin təqvim planına uygun olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş şahmat idman növü üzrə “Xatirə” turniri keçirilmişdir. Turnirdə Lənkəran rayon və şəhər məktəblərində keçirilən şahmat turnirlərinin qalibləri iştirak etmişdir. 50 zəka sahibinin qatıldığı turnir FİDE qaydalarına uyğun olaraq İsveçrə sistemi üzrə keçirilmişdir.
Turniri giriş sözü ilə Şahmat məktəbinin dərs hissə müdiri Şəmsəddin Novruzov açaraq qeyd etmişdir ki, bu gün Vətən yolunda şəhid olmuş Milli Qəhrəmanımızın ad günüdür və bu səbəbdən də Mübariz İbrahimovun xatirəsi bütün respublikanın şəhər və rayonlarında elecə də məktəbimizdə qeyd olunur.
Sonra Şahmat məktəbinin baş metodisti Zəminə Məmmədova Milli Qəhrəmanın keçdiyi qısa və sərəfli həyat yolundan danışmışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova çıxış edərək qeyd etmişdir ki, Milli Qəhrəmanımızın həyatı biz gənclər üçün həmişə örnək olacaqdır. Nə qədər ki, erməni işğalçıları torpaqlarımızdan çıxarılmayıb minlərlə Mübariz kimi qəhramanlarımız olacaq və azğın düşmənləri öz yerlərində oturdacaqdır.
Lənkəran şəhər Təhsil şöbəsinin metodisti İlqar Qurbanov çıxış edərək yarış iştirakçılarını salamlamış, belə tədbirlərin keçirilməsində məqsədin məktəbliləri vətənpərvərlik ruhunda tərbiyyə etməkdən ibarət olduğunu vurğulamışdır.
Lənkəran Humanitar Kollecinin tələbəsi Nərmin Məmmədova şəhid Milli Qəhraman Mübariz İbrahimovun ata və anasına yazdığı son məktubu oxumuşdur.
Lənkəran rayon Girdəni kənd sakini Sərdar Əhədov Mübariz İbrahimova həsr etdiyi şeri söyləyərək qəhrəmanın igidliyi qarşısında baş əydiyini söyləmişdir.
Sonra yarış iştirakçıları 1 dəqiqəlik sükutla qəhrəmanın xatirəsini yad etmişlər.
Baş hakim Elnur Əliyevin idarəçiliyi ilə qarşılıqlı gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Təhsil şöbəsi və Lənkəran şəhər Şahmat məktəbinin qiymətli hədiyyələri və diplomları verilmişdir.

Keçidlər