Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 20 Yanvar faciəsi ilə bağlı internet aksiyası keçirildi

19 yanvar 2015 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası şəhər təhsil şöbəsi ilə birlikdə 20 yanvar faciəsinin anım günü ilə əlaqədar olaraq Lənkəran rayonu Şilavar kənd əsas məktəbində tədbir keçirmişdir. Şagirdlər faciəni əks etdirən ədəbi-bədii kompozisiyanı nümayiş etdirdikdən sonra internet aksiyasına qoşulmuşlar. Keçmiş sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş vəhşi terror aktını, milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi ilə bağlı şağırdlər tərəfindən hazırlanmış ingilis dilində mətnlər xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə göndərilmişdir. İnternet aksiyasında məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Keçidlər