Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda H.Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur “ layihəsinə start verildi

15 yanvar 2015 | 16:00

Lənkəran şəhər H.Əliyev Mərkəzi və Şəhər Təhsil şöbəsinin birgə təşkilatçılıgı ilə məktəbli gənclər üçün  “Tariximiz qürurumuzdur” layihəsi həyata keçirilir.Layihə çərçivəsində Azərbaycanın qədim və müasir  tarixinin, dövlətçilik  ənənələrinin,dilinin və mədəni irsinin öyrənilməsinə həsr olunmuş müxtəlif forma və məzmunlu tədbirlərin keçirilməsi nəzətdə tutulur.Bu məqsədlə 15 yanvar 2015-ci il tarixində Mərkəzdə 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr  olunmuş “Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri” mövzusunda bilik saatı keçirilmişdir.Bilik saatına şəhərin 1 və 2 nömrəli  tam orta məktəblərinin şagirdləri qatılmışdır. Məktəblilər Azərbaycanin qədim köklərə malik çoxəsirlik tarixi, ordu və dövlət quruculuğu , o cümlədən siyasi taktikaları ilə ölkənin üzləşdiyi çətinlikləri dəf etməyi bacaran böyük siyasi dövlət xadimləri haqqında Mərkəzin elmi işçisi R.Şahbazinin verdiyi məlumatları maraqla dinləmişlər.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Xalqımız təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.Zaman-zaman mənfur düşmənlər tərəfindən xalqımıza qarşı soyqırımlar,ağır cinayətlər törədilsə də əzəli Azərbaycan torpaqları işğal olunsa da bu böyük xalqın iradə əzmini qırmaq mümkün olmamışdır. Bu gün müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır.Heydər Əliyev dövlət idarəçilik məktəbini çox böyük uğurla davam etdirən güclü siyasi liderimiz vardır.Dövlət başçısı- prezident cənab İlham Əliyevlə Azərbaycan sabaha inamla addımlayır.

Dinləyicilər məşgələ zamanı mövzu üzrə video -  filmlər və  slaydlarla tanış olmuşlar.

Keçidlər