Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BAYRAM ŞƏNLİYİ KEÇİRİLDİ

30 dekabr 2014 | 16:00

Dekabrın 30-da Şah sarayında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi.
     Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlqar Dadaşov şənlik iştirakçılarını bayramlar münasibətilə təbrik etdi, 2014-cü ilin xalqımız, o cümlədən Lənkəran üçün uğurlu olduğunu söylədi, yeni ildə həyatımızın bütün sahələrində daha böyük nailiyyətlərin qazanılmasını arzuladı.
    İlqar Dadaşov daha sonra Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən danışdı, bütün bölgələrdə olduğu kimi, Lənkəranda da həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işlərindən bəhs etdi, 2015-ci ildə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini vurğuladı.
     Sonra İ.Dadaşov rayonumuzun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Lənkəran ŞİH-nin Fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
     Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirdi. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olundu.
     Lənkəranın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirdi.
     Şirniyyat stolu arxasında keçən şənlik hamıya xoş ovqat bəxş etdi.

 

Keçidlər