Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

KƏND TƏSƏRRÜFATI NAZİRİ LƏNKƏRANDA CƏNUB BÖLGƏSİNİN VƏTƏNDAŞLARINI QƏBUL EDİB

28 noyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə və tapşırıqlarına müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu davam edir.
Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 28-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşlarını qəbul edib.
Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirak etdiyi qəbul zamanı 30-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən yeni texnikaların və toxum növlərinin bölgəyə gətirilməsi, çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı uzunmüddətli kreditlərin verilməsi, payı bəlli torpaqlarla bağlı mübahisələrin həllinə kömək göstərilməsi, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması, regionda arıçılığın inkişafına dəstək, bəzi təsərrüfatlarda yol problemlərinin həlli, kənd təsərrüfatında sığortanın tətbiqi və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov vətəndaşları diqqətlə dinləyərək müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli məqsədilə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırmaq məqsədilə qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələn məhsul istehsalçıları, fermerlər və fiziki şəxslər regionlarda vətəndaşların qəbulunun təşkilinə, onların problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər