Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “I ÜMUMRESPUBLİKA YAŞILLAŞDIRMA” MARAFONU MÜTƏŞƏKKİL KEÇİR

17 noyabr 2014 | 16:00

İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 15 noyabr 2014-cü il tarixində Lənkəran şəhərində növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya zamanı şəhərin park və bağlarında, xiyabanlarda, magistral avtomobil yollarının kənarında 2 min ədəd dəmirağacı, palıd, fısdıq, küknar, tua, palma və digər müxtəlif növ ağaclar əkilmişdir.
Aksiyada İcra Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Ağacəkmə kampaniyası davam edir.

Keçidlər