Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BAKININ YASAMAL VƏ SƏBAİL RAYONLARININ MƏKTƏBLİLƏRİNDƏN İBARƏT NÖVBƏTİ QRUP CƏNUB BÖLGƏSİNDƏ

17 noyabr 2014 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Bakı şəhərinin Yasamal və Səbail rayonunun məktəblilərindən ibarət 90 nəfərlik ikinci qrup noyabrın 15-də Lənkərana gəlmişdir.
Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə parkında tur-aksiya iştirakçılarının qarşılanma mərasimi olmuşdur.
Bakılı məktəbliləri salamlayan Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Asif İmanlı bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan və əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin dönyagörüşünün formalaşmasında və onların ölkəmizlə daha yaxından tanış olmasında əhəmiyyətli rolu vardır. Tur-aksiyanın iştirakçısı olan şagirdlər parta arxasında öyrəndiklərinin, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, Böyük Rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponalar və fotoşəkillərlə tanış oldular.
Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq zamanı məktəblilərə məlumat verildi ki, Mərkəz 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayıb və gənclərin əsl istirahət yerinə çevrilib.
Lənkəran şəhərindəki “Xan sarayı” ilə tanışlıq da məktəblilərdə böyük maraq doğurdu. Şagirdlərə məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq əsaslı təmir edilən “Xan sarayı” 1912-ci ildə Talış xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa edilib.
Daha sonra məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, Qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış oldular. Burada şagirdlərə igid Qəhrəmanın ikinci dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verildi.
Lənkəran şəhərindəki “Qoşa qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası, Azərbaycanlıların soyqırımı abidəsi və Bayraq Meydanı ilə tanışlıq da məktəblilər tərəfindən maraqla qarşılandı.
Məktəblilər, həmçinin, rayondakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət etdilər, Haftoni qəsəbəsində fermer Fərman Quliyevin çay plantasiyasına, Hirkan qəsəbəsində sitrus meyvə bağlarına baxdılar.

Keçidlər