Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ SEMİNAR-TƏLİM KEÇİRİLDİ

13 noyabr 2014 | 16:00

   Noyabrın 13-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin DAYAQ Mentorluq layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə partnyorluq çərçivəsində Lənkəran rayonunun bələdiyyə üzv və fəal qadınlarının iştirakı ilə Heydər Əliyev Mərkəzində qarşıdan gələn bələdiyyə seçkilərində qadınların iştirakının artırılması istiqamətində seminar-təlim kecirildi. Layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək, qadınların yerli səviyyədə qərar qəbuletmə prosesində təmsilçiliyinin artırılması və ölkədə yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir.
   Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva iştirakçıları İcra başçısı Taleh Qaraşovun adından salamlayaraq qeyd etdi ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə və idarəçilikdə təmsil olunması məsələsinə ciddi diqqət yetirilir və bu baxımdan bu kimi fəaliyyətlərin davam etdirilməsi məqsədə uyğundur.
   Seminar Almaniyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatınının nümayəndəsi Fidan Qasımova və  “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova tərəfindən davam etdirildi. Seminarda DAYAQ Mentorluq layihəsinin komponentləri təqdim olundu. Bundan başqa seminarda Fəal Ol adlı praktiki təlimat kitabçası iştirakçılara paylanıldı.
   Qeyd edək ki, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı – GIZ hökumətlərarası razılaşmaya əsasən 2010-cu ildən Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Proqramını həyata keçirir. Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub və Azərbaycanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib.

Keçidlər