Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİLƏ DƏYİRMİ MASA KEÇİRİLDİ

13 noyabr 2014 | 16:00

    Noyabrın 13-də Lənkəran şəhərindəki Gənclər Mərkəzində 16 noyabr – Beynəlxalq Tolerantlıq günü münasibətilə “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirildi.

Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə rayonun təhsil işçiləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
   Dəyirmi masanı giriş sözü ilə açan Lənkəran ŞİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev iştirakçılara İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırdı.
    Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, dinşünas alim Nəriman Qasımzadənin məruzəsi dinlənildi. Natiq bildirdi ki, UNESKO tərəfindən təsis edilən Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar ölkəmizin dörd bölgəsində “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda dəyirmi masalar keçirilir. Respublikamızın regionlarında belə dəyirmi masaların keçirilməsində məqsəd ölkəmizin çoxmədəniyyətli və tolerant bir dövlət olmasını, müxtəlif bölgələrdə etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirmək və müzakirə etməkdir.
Natiq daha sonra ölkəmizdə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinə hələ sovetlər dönəmində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açdı.
    Dəyirmi masanın iştirakçılarından Lənkəran ŞİH Başçısı Aparatının şöbə müdiri Əlimərdan Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadə, Lənkəran Dövlət Universiteti Tarix kafedrasının Rakif İbadov, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov və başqaları çıxış etdilər, təklif və rəylərini söylədilər.
Bildirildi ki, hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir, millətlərarası ünsiyyət yüksək səviyyədədir. Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlar möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü bu siyasəti ürəkdən bəyənir və dəstəkləyirlər. Bunu    Lənkəranın timsalında da aydın görürük.
Çıxışlarda birmənalı olaraq vurğulandı ki, Azərbaycanda tolerantlığın hökm sürməsinə, bu günkü xoş və firavan həyatımıza görə bir daha Ulu Öndər Heydər Əliyevə borcluyuq. Ölkəmizdə dini etiqada hörmət hökm sürür, dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturizmin hökm sürdüyü ölkəyə çevrilmişdir.
   Dəyirmi masada qarşılıqlı fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.

Keçidlər