Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Konstitusiya Günü” ilə bağlı Heydər Əliyev Mərkəzində tədbir keçirildi

12 noyabr 2014 | 16:00

12 noyabr 2014-cü il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində  “Konstitusiya Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir öncəsi  iştirakçılar Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini canlandıran memorial muzeylə tanış oldular. Sonra Mərkəzin baş mühafizi Aygün İbrahimovanın “Azərbaycan Konstitusiyası dövlətçıliyin əsas meyarı kimi” mövzusunda məruzəsi dinlənilmişdir. O, çıxışında bildirmişdir ki, Müstəqil Azərbaycanda demokratik,hüquqi dövlət quruculuğu,insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini əldə etməklə yanaşı,insan hüquqlarının təmini,inkişaf etdirilməsi,qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı. Böyük öndər əmin idi ki,demokratik dəyərlərin üstünlüyünü qəbul edən,azadlığın,haqqın və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə,hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Sonda iştirakçılar üçün Azərbaycanda qəbul olunmuş qanunlar barədə məlumatları əks etdirən sənədli video çarx nümayiş etdirildi.

Keçidlər