Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi

22 oktyabr 2014 | 15:00

Oktyabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi. İclasda “Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin  yaxşılaşdırılması vəziyyəti və 2014-2015 - ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın 22 avqust 2014 - cü il tarixli qərarının icrası haqqında” və “İnzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri tərəfindən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə əməl olunması, vətəndaşların qəbulunun təşkili və onların müraciətlərinin həll edilməsi sahəsində görülmüş işlərin vəziyyəti haqqında” məsələlər müzakirə edildi.
Birinci məsələ barəsində Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin məruzəsi dinlənildi.
Məruzəçi Elektrik şəbəkəsində, Qaz istismar sahəsində, Su-kanal, Mənzil istismar kommunal, Yaşıllaşdırma, İşıqlandırma, İstilik sistemləri, 42 saylı Yol istismar, Yuxarı Xanbulançay hidroqovşağı istismar, Melioservis idarələrində, Telekommunikasiya qovşağında, Mərkəzi Rayon Xəstaxanasında, şəhər Təhsil şöbəsində, Sərnişin ASC-də, Meşə Mühafizəsi və Bərpası Müəssisəsində və s. Şuranın 22 avqust 2014- cü il tarixli qərarının icrası və qarşıda duran vəzifələr haqqında ətraflı danışdı.
Müzakirə olunan məsələ ilə əlaqədar Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Nail Əbilov, Qaz istismar sahəsinin rəis əvəzi Anar Rzayev və Su-kanal idarəsinin rəisi Rövşən Təhməzov çıxış etdilər və görülən işlər barədə məlumat verdilər.
İcra başçısı Taleh Qaraşov çıxışında payız-qış mövsümünə hazırlıq işlərinin tədbirlər planına uyğun yerinə yetirildiyini, bu günlərdə yağan leysan yağışlarının yaratdığı çətinliklərin xidmət sahələri tərəfindən operativ aradan qaldırıldığını bildirdi, əlverişli hava şəraitindən maksimum səmərəli istifadə etməklə şəhərdə, qəsəbə və kəndlərdə səliqə-sahman, abadlıq işlərinə diqqətin artırılması məqsədilə müvafiq tapşırıqlarını verdi.
İkinci məsələ haqqında ŞİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin məlumatı dinlənildi.
Lənkəran ŞİH- nin başçısı T.Qaraşov məsələnin vacibliyini diqqətə çatdıraraq qeyd etdi ki, vətəndaşların ərizə və şikayətlərinə, qəbuluna ciddi yanaşılmalı, struktur rəhbərləri bunu daim nəzarətdə saxlamalı, yerlərdə aparılan yoxlama və araşdırmalar davam etdirilməli,icra nümayəndəliklərinə əməli köməklik göstərilməlidir.
 

Keçidlər