Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ AHILLAR GÜNÜ QEYD EDİLDİ

01 oktyabr 2014 | 15:00

1 oktyabr – Beynəlxalq Ahıllar Günü Lənkəranda təntənəli surətdə qeyd edildi. Tədbirə  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar və ahıl şəxslər qatılmışdılar.
Şəhərimizdəki “Veteranlar klubu”nda  keçirilən  tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək ahılları Beynəlxalq Ahıllar günü münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir.
Yaşlı nəslin problemlərinin həlli şəhər İcra hakimiyyətinin də daim diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ahıla şəhər İcra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.
Daha sonra tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Şuranın sədr müavini Sərhad Məmmədov, rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Sonda tədbir iştirakçılarına ərzaq yardımı verildi.
Şirniyyat stolu arxasında keçirilən tədbirdə rayonun incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.

 

Keçidlər