Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA UŞAQLARIN TİBBİ MÜAYİNƏSİ MÜTƏŞƏKKİL KEÇİR

26 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə ərazisində 0-18 yaş arası uşaqların tibbi müayinəsinə başlanılmışdır. Respublikanın hər yerində olduğu kimi, Lənkəranda da bu kampaniya mütəşəkkil keçir. Lənkəran rayonu üzrə 18 yaşadək 48 min uşaq vardır. Onların 5 mini dispanser qeydiyyatındadır.
Sentyabrın 16-dan etibarən rayon ərazisində 0-18 yaş qrupuna daxil olan uşaqların tibbi müayinədən keçirilməsinə start verilmişdir. Lənkəran Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini Taleh Məmmədlinin verdiyi məlumata əsasən, bu kampaniya məktəblərdə və uşaq bağçalarında həyata keçirilir. Sentyabrın 26-dək Lənkəran şəhərində 1200 nəfər, qəsəbə və kəndlərdə isə 3100 nəfər uşaq tibii müayinələrdən keçirilmişdir. 300 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmıışdır. Həmin xəstələr Lənkəran Şəhər Uşaq Poliklinikasına göndərilmiş və hazırda burada müalicə olunurlar.
Tibbi müayinə ilə əlaqədar ayrı-ayrı valideynlərin və şagirdlərin ürək sözləri:
Sevinc Zeynalova (Xolmili kənd sakini): – Oğlum Həsən Xolmili kənd tam orta məktəbinin 3-cü sinif şagirdidir. Anadangəlmə ürək qüsurludur. Tibbi müayinədən sonra şəhər Uşaq Poliklinikasında oğlumun müalicəsi aparılır. Burada yaradılmış şərait hamımızın ürəyincədir. Bu xeyirxah missiyanın həyata keçirilməsində ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Fuad Həsənov (Xanbulan kənd sakini): – Bacım qızı 4 yaşlı Sabrina əqli cəhətdən zəif inkişaf edib. Tibbi müayinədən sonra o, Uşaq Poliklinikasına müalicəyə təyinat almışdır. Poliklinikanın tibbi personalı uşağın müalicəsi üçün lazım olan bütün imkanlardan maksimum istifadə edir, gündən-günə onun səhhətində irəliləyiş nəzərə çarpır. Buna görə möhtərəm Prezidentimiz İlham Əliyevə ailə üzvlərimiz adından təşəkkür edirik.
Sahib Rüstəmov (Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 7-ci sinif şagirdi): – Bu gün şəhər Uşaq Poliklinikasında məktəbimizin şagirdləri ilə birlikdə mən də tibbi müayinədən keçdim. Səhhətimdə heç bir problem aşkar olunmadı. Bu şəraiti bizə yaratdığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə bütün şagird kontingenti adından minnətdarlığımızı bildiririk.
Uşaqların tibbi müayinədən keçirilməsi kampaniyası dekabr ayının sonunadək davam edəcək.

 

Keçidlər