Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

26 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə, mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq sentyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Lənkəranda vətəndaşları qəbul edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Komitə sədrinə müraciət edən vətəndaşlar daha çox təmsil etdikləri rayonlarda qadın, ailə və uşaq problemləri ilə bağlı təkliflərini bildiriblər.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Lənkəran rayonunun fəal qadınlarının görüşü keçirilib.

 

Keçidlər