Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA NÖVBƏTİ ŞURA İCLASI

11 sentyabr 2014 | 15:00

   Sentyabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi.
İclasda “2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında” məsələ müzakirə edildi.
   Məruzəçi – Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev Elektrik şəbəkəsində, Qaz istismar sahəsində, Su-kanal, Mənzil istismar kommunal təsərrüfatı, Yaşıllaşdırma, İşıqlandırma, 42 saylı Yol istismar, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarələrində, Telekommunikasiya qovşağında, şəhər Mədəniyyət və Turizm, Təhsil şöbələrində, Mərkəzi Rayon Xəstəxanasında, Neft terminalı bazasında, Dəmiryolu stansiyasında, Meşə mühafizəsi və bərpası müəssisəsində, Sərnişin ASC-də və s. idarə, müəssisə, təşkilatlarda payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəziyyət barədə ətraflı məlumat verdi.
   Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov payız-qış mövsümündə rayonumuzun ən ucqar dağ kəndlərində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün mövcud problemlərin aradan qaldırılmasını, köhnə elektrik dirəklərinin yenilənməsini, ehtiyat transformatorların hazırlanmasını xüsusi diqqətə çatdırdı. İcra başçısı, eyni zamanda, rayon ərazisində qazlaşdırılma işlərinin davam etdiriləcəyini, su-kanalizasiya işləri nəticəsində şəhərdaxili yolların asfaltlaşdırılmasının həmin şirkət tərəfindən qısa zamanda yerinə yetirilməsinin vacibliyini söylədi, yaşayış binalarında təmir-bərkitmə işlərinin davam etdirilməsinin, yaşıllaşdırma işlərinə, səliqə-sahmana diqqətin artırılmasının, yol boyu ərazilərdə işlərin planlaşdırılmasının, yanmış ağac və gül kollarının yenilənməsinin, istinad divarlarının rənglənməsinin zəruriliyini bildirdi.
   Taleh Qaraşov sonda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə diqqətin artırılması, 15 sentyabr Bilik gününün yüksək səviyyədə qarşılanması və şəhər Mədəniyyət Sarayında son tamamlama işlərinin yüksək səviyyədə yekunlaşdırılması üçün konkret tapşırıqlarını verdi.

Keçidlər