Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “AÇIQ QAPI” GÜNÜ – VƏTƏNDAŞ FORUMU KEÇİRİLDİ

11 avqust 2014 | 15:00

Avqustun 11-də əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydaları barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü-vətəndaş forumu keçirildi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən işəgötürənlər iştirak edirdi.
Tədbirdə 9-saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Ehtiram Muxtarov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Səbuhi Hüseynov, DƏMX-nin hüquqşünası Fuad Heydərov və digər çıxış edənlər Azərbaycan Prezidentinin 2014-cü il 3-fevral tarixli Fərmanına əsasən tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsinə, qeyri-leqal əməyin qarşısının alınmasına, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına xidmət etdiyini vurğuladılar.
Bildirildi ki, bu islahat tədbiri hər bir əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişi formasında “Elektron hökumət” portalı üzərindən (https://www.e-gov.az) EİS-ə daxil edilərək qeydiyyatdan keçirilməsi tələbini irəli sürür. Əmək müqaviləsində dəyişiklik edildiyi və ya ona xitam verildiyi halda da bu barədə müvafiq bildirişlər EİS-də qeydiyyatdan keçirilməlidir. Eləcə də yeni sistemin proqram təminatında mükəmməl şəkildə hazırlandığı, məlumatların təhlükəsizliyinin təmin olunduğu və daxil edilən hər bir bildirişin bir iş günü ərzində qeydiyyatdan keçirildiyi diqqətə çatdırıldı.
Tədbir zamanı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin  əməkdaşları əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə geniş məlumatlar və praktik bilgilər verdilər.
İşəgötürənlərin ayrı-ayrı sualları da savablandırılaraq, bu islahat prosesinin daim nəzarətdə saxlanılacağı, əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə səhlənkar yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər