Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Mərkəzi kitabxanasında İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

14 iyul 2014 | 15:00

“İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli 220 nömrəli Sərəncamına əsasən 14 iyul 2014-cü il tarixdə Lənkəran Mərkəzi kitabxanasında ədəbiyyat gecəsi və kitab sərgisi təşkil olunmuşdur.
Tədbirdə MKS-in direktoru Validə Məmmədova çıxış edərək İlyas Əfəndiyevin həyat və yaradıcılı haqqında geniş məlumatlar verdi. Tədbirdə iştirak edən Mərkəzi kitabxananın şöbə müdiri Xədicə Məmmədova İlyas Əfəndiyevin əsərlərində olan azərbaycançılıq, ailə münasibətlərinin təbliği haqqında çıxış etdi. Sonda İlyas Əfəndiyevin əsərlərindən ibarət kitab sərgisi ilə tanışlıq oldu. Tədbir bir saat davam etdi. Bu səpkidə tədbirlər il boyu təşkil olunacaqdır.
.

Keçidlər