Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ

02 iyul 2014 | 15:00

İyulun 1-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi. İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Sonra məsələlərin müzakirəsinə başlanıldı.
“2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərində təlim-tərbiyə sahəsində görülən işlərin yekunu və qarşıda duran vəzifələr haqqında” ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva məruzə etdi.
Məruzə ətrafında müzakirələrdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, şəhər 2 saylı məktəbin direktoru Siyasət Rəhimov və TQDK-nin Lənkəran bölməsinin müdiri Əbdüləhəd Bağırov çıxış etdilər.
“2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar cari təsərrüfat ilində aqrar sahədə görülmüş işlər haqqında” ŞİH başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Tofiq Rzayev məruzə etdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan hər iki məsələyə münasibətini bildirdi, rayonun ümumtəhsil məktəblərində tədrisin və təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi üçün qarşıda duran mühüm vəzifələri bir daha diqqətə çatdırdı, mövcud nöqsanların aradan qaldırması istiqamətində konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul edildi.

 

Keçidlər