Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ ƏRZAQ YARDIMI VERİLDİ

20 iyun 2014 | 15:00

Erməni qəsbkarları tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi nəticəsində hazırda respublikamızda 1 milyona yaxın məcburi köçkün ailəsi yaşayır. Doğma yurd-yuvalarından, ev-eşiklərindən didərgin salınan bu ailələrdən bəziləri Lənkərana da pənah gətirmişlər. Hazırda rayonumuzda 258 nəfərdən ibarət 70 məcburi köçkün ailəsi məskunlaşıb. Milli Qurtuluş Günü münasibətilə Respublika Auditor Palatası tərəfindən həmin ailələrə ərzaq sovqatı verilmişdir.
Bu münasibətlə iyunun 19-da keçirilən tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq rayonumuzda məcburi köçkün ailələrinin qayğı ilə əhatə olunduğunu söyləmiş, onlara hər zaman maddi və mənəvi dəstək verilməsinin diqqətdə saxlanıldığını vurğulamışdır.
Respublika Auditor Palatasının sədri Vahid Novruzov bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın geri qaytarılacağı, məcburi köçkünlərin öz əzəli və əbədi dədə-baba torpaqlarına qayıdacağı gün uzaqda deyildir.
Sonra Palata rəsmisi məcburi köçkün ailələrini Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik etmiş, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulamışdır.
Tədbirin sonunda məcburi köçkün ailələrinə ərzaq yardımı verilmişdir.
Məcburi köçkünlər adından Xanım Həsənova çıxış edərək bu qayğı və diqqətə görə minnətdarlıq hisslərini ifadə etmişdir.

 

Keçidlər