Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏRİNDƏ “AZƏRBAYCAN NÜMUNƏVİ TOLERANTLIQ MODELİ KİMİ” MÖVZUSUNDA SEMİNAR-TRENINQ

15 iyun 2014 | 15:00

İyunun 13-də Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan nümunəvi tolerantlıq modeli kimi” mövzusunda tədbir keçirildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin, yerli dindarların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov açaraq mövzu ilə bağlı məlumat verdi.
Sonra DQİDK-nin sədr vəzifəsini icra edən, Millət vəkili Səyyad Salahlı çıxış edərək Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin tarixi və hazırki vəziyyəti haqqında geniş məlumat verdi. Çıxışçı bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimizin idarəçilik sükanı arxasına keçən Ümummilli Lider Heydər Əliyev cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının möhkəmləndirilməsi, milli mədəniyyətimizin humanist potensialının, çoxəsrlik adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, respublikamızda dünyəvi dövlət şəraitində dövlət-din münasibətlərinin tənzim edilməsi sahəsində bir sıra mühüm və əvəzsiz işlər həyata keçirmişdir. Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə qurulmasını təmin etmiş, dövlətin strateji xəttinə əsasən tənzimləmişdir. Məhz Ulu Öndərin səyləri nəticəsində cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı inam formalaşdırılmışdır.
Azərbaycanda tarixən müxtəlif dinlərin nümayəndələrinin, qurumlarının və cəmiyyətlərinin vahid rəhbərlik altında daim qarşılıqlı hörmət və mehribançılıq münasibətləri şəraitində yaşadığını söyləyən S.Salahlı bu gün qloballaşan dünyamızda baş verən prosseslərin, ortaya çıxan qatı və məzhəbçi dini qruplaşmaların təsirinin cəmiyyətimizdən də yan keçmədiyini bildirdi. Xüsusilə son vaxtlar dini mübarizə forması sayılan cihad adı altında insanların, xüsusilə də gənclərin mənəvi duyğularının istismar edilərək müxtəlif məqsədlərlə istifadə edilməsi hallarının yarandığını və bunun qarşısının alınması üçün hamılıqla mübarizə aparmağın vacibliyini vurğuladı. Bunun üçün hər şeydən öncə cəmiyyətdə dini maarifləndirmə işinin daha mütəşəkkil təşkilinin vacibliyini diqqətə çatdırdı. Bu işdə dindarların və ziyalıların üzərinə düşən mühüm vəzifələrdən bəhs etdi.
Maraqlı keçən tədbir boyu iştirakçıları narahat edən suallar cavablandırıldı.
Tədbir iştirakçılarına DQİDK-nin xətti ilə çap edilmiş müxtəlif dini və bədii mövzular əhatə edən kitablar paylanıldı.

Keçidlər