Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ULU ÖNDƏRİN SİYASİ İRSİNİN TƏBLİĞİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

31 may 2014 | 15:00

30 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzinin ekspozisiya salonunda  məktəbli gənclər və valideynlər  üçün  Ümummilli Lider Heydər Əliyevin  siyasi irsinin təbliği işi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.Tədbir Mərkəzin ingilis  dili kursu  dinləyicilərinin təqdimatında baş tutmuşdur.Məktəblilər Ulu Öndərin ictimai- siyasi fəaliyyəti haqqında iştirakçılara ingilis dilində ətraflı məlumat vermişlər.Mərkəzin direktoru S.Şəfiyeva və kursun rəhbəri F.Məmmədova keçirilən təqdimatın əhəmiyyətindən danışarkən qeyd etmişlər ki, Mərkəzdə Ulu Öndərin  Azərbaycanda təhsil və tərbiyənin inkişafı konsepsiyasına əsaslanaraq həyata keçirilən müxtəlif forma və metodlu tədbirlər  məktəblilərin intellektual səviyələrinin inkişafına, o cümlədən istedadlı uşaqların üzə çıxarılmasına böyük dəstəkdir. Mərasimdə məktəbli gənclərin hərtərəfli formalaşmasından ötrü dövlət başçısı cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı xüsusi vurğulanmışdır. Yekunda kursun birinci mərhələsini uğurla başa vuran iştirakçılarına  sertifikatlar təqdim olunmuşdur.
 

Keçidlər