Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “28 MAY- RESPUBLİKA GÜNÜ” İLƏ ƏLAQƏDAR SƏRGİ

27 may 2014 | 15:00

26 may 2014-cü il tarixində Heydər Əliyev Mərkəzində 28 May- Respublıka Gününə həsr olunmuş “Milli dövlətçilik tariximizin böyük epoxası” adlı sərgi açılmışdır.İştirakçılar öncə Ulu Öndərin büstü önünə tər çiçək dəstələri düzmüş ,şərqdə ilk demokratik respublikanın  yaranmasını əks etdirən filmdən fraqmentlərlə tanış olmuşlar, sonra sərginin təqdimatı keçirilmişdir.H.Əliyev Mərkəzinin rəsm studiyasının rəhbəri A.İbrahimova tədbirə toplaşanları salamlamış və Azərbaycanın istiqlal mübarizəsi tarixindən danışaraq qeyd etmişdir ki, o vaxt- əsrin əvvəllərində Xalq Cümhuriyyəti 23 ay yaşasa da əsrin sonlarında xalqımız yenidən tarixi müstəqilliyə qovuşdu.Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı, bu gün bu siyasi kursu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünya birliyində özünə layiqli yer qazanımışdır.Sərgidə  milli dövlətçilik tariximizi özündə canlandıran əl işləri nümayiş olunmuş və nominasiyalar üzrə iştirakçılara Mərkəz tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər