Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “GÜL BAYRAMI” VƏ MÖHTƏŞƏM BAYRAM KONSERTİ KEÇİRİLDİ

11 may 2014 | 15:00

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Xatirə parkında “Gül bayramı” keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər qərənfil dəstələri qoydular.
Sonra İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə “Gül bayramı”nda iştirak etdi. Burada rayonun uşaq bağçaları kollektivlərinin güllərdən hazırladıqları rəngarəng dövlət atributlarına, fiqurlara, yubilyarla bağlı şəkillərə, pannolara, tablolara baxdılar. Fidanların ifasında şeirlər dinlənildi, şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Ulu Öndərə həsr etdikləri rəsm əsərlərini seyr etdilər, kitab sərgisi ilə tanış oldular.
“Gül bayramı”ndan sonra Heydər Əliyev Xatirə parkında Lənkəran Şəhər İcra Hakimiyyətinin və “İctimai” televiziyanın birgə təşkilatçılığı ilə bayram konserti keçirildi.
Respublikanın xalq artistləri Ağadadaş Ağayev, Aftandil İsrafilov (qarmon), Sadıq Zərbəliyev (qoşa nağara), əməkdar artistlər Zöhrə Abdullayeva, Səlim Abbasov (skripka), o cümlədən Gülay Zeynalova, İlahə İbadova, Elşad və Rəvan Qarayevlər, Eldar Ələkbərov, Faytonçu Nazim, eyni zamanda lənkəranlı müğənnilər Cavad Rəcəbov, Nəzakət Veysəlova, Cavid Lənkəranlı, Qurban Nəzərov, “Nənələr” folklor və “Xan” qruplarının ifasında səslənən şən melodiyalar alqışlarla qarşılandı.
Səhər saat 9-dan 12-dək “İctimai” televiziya ilə canlı yayımlanan və 10 minə yaxın tamaşaçının izlədiyi möhtəşəm bayram konserti hamıya xoş ovqat bəxş etdi.

Keçidlər