Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 9 MAY QƏLƏBƏ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

10 may 2014 | 15:00

Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 69-cu ildönümü təntənə ilə qeyd edildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoydular.
Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirildi.
Tədbir zamanı İcra başçısı Taleh Qaraşov müharibə veteranları ilə səmimi görüşdü, onları bayram münasibətilə təbrik etdi, hal-əhval tutdu və qəhrəmanın abidəsi önünə gül qoydu.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbir hərbi marşın sədaları altında keçdi.
Daha sonra İcra başçısı qonaqlarla birlikdə Həzi Aslanovun şəhərimizdəki ev-muzeyinə baş çəkdilər, qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış oldular.
Bayram şənliyi şəhərimizdəki Veteranlar klubunda ziyafət stolu arxasında davam etdirildi.
İcra başçısı Taleh Qaraşov bayram sevincini veteranlarla bölüşərək Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışdı, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən söz açdı, tədbir iştirakçılarına, onların timsalında bütün lənkəranlı müharibə veteranlarına ən xoş arzularını çatdırdı.
Ayrı-ayrı veteranlar çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdəbir qrup Əfqanıstan müharibəsi veteranına “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalı təqdim olundu.
Oynaq musiqi təranələri ilə keçən bayram şənliyi hamıya xoş ovqat bəxş etdi.

Keçidlər