Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirildi

10 may 2014 | 15:00

05 may 2014-cü il tarixdə Lənkəran rayon Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən UGİM-də Ümummili Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə  həsr olunan və onun xatirəsini əbədiləşdirmək məqsədi daşıyan idman yarışları silsiləsinə daxil olan “Futbol idman növü üzrə ümumtəhsil  məktəbləri arasında rayon birinciliyi” başlamışdır.  Yarışda  şəhər və kənd məktəblərinin 21 komandası öz gücünü sınamışdır. Ümumilikdə yarışda 130 nəfər iştirak etmişdir.
08 may 2014-ci il tarıxində yarışın final mərhələsi keçirildi. Finalda rayonun Digah kənd tam orta məktəbinin və Viyən kənd tam orta məktəbinin komandaları bir-biriylə qarşılaşdılar.
Yarışın nəticələrinə görə 1-ci yeri Digah kənd, 2-ci yeri Viyən kənd  və 3-cü yeri Şəhər 9 saylı tam orta məktəblərinin komandaları əldə etmişdir.
Yarışın qalibləri Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olundular.

Keçidlər