Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA GÜL BAYRAMI

08 may 2014 | 15:00

       Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Xatirə parkında Gül bayramı keçirildi.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə təzə-tər qərənfil dəstələri qoydular.Sonra İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə “Gül bayramı”nda iştirak etdi. Burada rayonun uşaq bağçaları kollektivlərinin güllərdən hazırladıqları rəngarəng dövlət atributlarına, fiqurlara, yubilyarla bağlı şəkillərə, pannolara, tablolara baxdılar. Fidanların ifasında şeirlər dinlənildi, şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Ulu Öndərə həsr etdikləri rəsm əsərlərini seyr etdilər, kitab sərgisi ilə tanış oldular.

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

Keçidlər