Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA GƏNCLƏR SİYASƏTİ” MÖVZUSUNDA REGİONAL KONFRANS

19 aprel 2014 | 15:00

Aprelin 18-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda regional konfrans keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmilərinin, YAP-ın Cənub bölgəsinin 7 rayonunda – Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən təşkilatlarının Gənclər Birliklərinin fəallarının iştirak etdiyi konfransı giriş sözü ilə Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov açdı. İcra rəsmisi konfrans iştirakçılarını salamladıqdan sonra Ulu Öndərin həyat və fəaliyyəti haqqında danışdı. O, bildirdi ki, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsi, demokratik-hüquqi vətəndaş cəmiyyətinin yaradılması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gənclərə münasibətinə də toxunan İ.Dadaşov qeyd etdi ki, Ümummilli Lider istər Sovet hakimiyyəti, istərsə də dövlətimizin müstəqilliyi illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərin himayədarı olmuş, onları daim diqqət mərkəzində saxlamış, gənc nəslin sağlam düşüncədə tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişaf etməsi üçün bir sıra mühüm işlər həyata keçirmişdir. O, Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq Gənclər gününün məhz Azərbaycanda təsis edilməsinin söylənilənlərə bariz nümunə olduğunu vurğuladı.
Sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ölkəmizdə aparılan gənclər siyasəti haqqında geniş məruzə etdi. S.Orucov qeyd etdi ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda gənclərin yüksək səviyyədə yetişməsi, onların günümüzün müasir tələblərinə uyğun təhsil almaları, həmçinin ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil edə bilmələri üçün münbit şərait yaradılmışdır. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan gəncinin dövlət idarəçiliyi sistemində təmsil olunması üçün heç bir əngəl yoxdur.
Konfransda həmçinin YAP Lənkəran GB-nin sədri Yalçın Əliyev, YAP Lerik GB-nin sədri Zamik Əhədov, YAP Masallı GB-nin sədri Cəlal Əliyev, YAP Yardımlı GB-nin sədri Anar Alışov, YAP Cəlilabad GB-nin sədri Anar Abdullayev, YAP Biləsuvar GB-nin sədri Kamil Qurbanlı və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirdilər.

Keçidlər