Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONLARARASI NARKOLOJİ XƏSTƏXANA İSTİFADƏYƏ VERİLDİ

17 aprel 2014 | 15:00

Aprelin 16-da Lənkəranda yeni tikilmiş daha bir səhiyə ocağı – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanası əhalinin istifadəsinə verildi. Bu münasibətlə xəstəxananın önündə açılış mərasimi keçirildi. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev və Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak etdi.
İcra başçısı Taleh Qaraşov çıxış edərək son illər ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, əldə olunan dinamik inkişafdan, xüsusilə səhiyyə sistemində qazanılan uğurlardan, bu sahənin inkişafı və vətəndaşların sağlamlıqlarının yüksək səviyyədə qorunması üçün atılan düşünülmüş addımlardan danışdı. Açılan yeni səhiyyə müəssisəsinin Cənub bölgəsində sağlam vətəndaş cəmiyyəti quruculuğu prosesində irəliyə doğru müsbət addımlar atılmasında mühüm rol oynayacağını bildirdi, regionda məlum xəstəliklərin yayılmasının qarşısının alınmasında, narkotik, alkoqolik və toksik maddə aludəçilərinin düzgün müalicə olunmaqla yenidən sağlam bir fərd kimi cəmiyyətə qaytarılmasında əhəmiyyətli olacağını vurğuladı.
Mərasimdə həmçinin çıxış edən Səhiyyə nazirinin müavini E.Ağayev və Dövlət Gömrük Komitəsi sədrinin müavini Ə.Abdullayev yeni səhiyyə müəssisəsinin ölkə vətəndaşlarının sağlamlıqlarının daha yüksək səviyyədə qorunması baxımından əvəzsiz olduğunu bildirdilər, müəssisənin tibbi personalına fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra mərasim iştirakçıları xəstəxananın daxilinə baxış keçirdilər, burada yaradılan şəraitlə yaxından tanış oldular.
Qeyd edək ki, 2 mərtəbədən ibarət olan xəstəxanada cənub bölgəsində yerləşən 7 rayon – Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar rayonlarından olan narkotik, alkoqolik və toksik maddə aludəçilərinin müalicəsi və reablitasiyası aparılacaq. Xəstəxananın birinci mərtəbəsində həkim və feldşer otaqları ilə yanaşı müayinə və dərman, təsərrüfat otaqları, mətbəx və yeməkxana yerləşir. İkinci mərtəbədə isə stasionar müalicə üçün nəzərdə tutulmuş ümumilikdə 18 çarpayılıq 5 palata mövcuddur. Bundan başqa xəstəxananın həyətində istixana, mühafizə otağı, yanacaq çəni və transformator məntəqəsi kimi yardımçı tikililər inşa edilib.
Qeyd edək ki, xəstəxananın tikintisi Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin hesabına aparılmış, həmçinin xəstəxana eyni adlı birliyin hesabına ən müasir tibbi və məişət inventarları ilə təmin olunmuşdur. “Azərterminalkompleks” Birliyi bu vəsaiti Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Narkotiklərə yox deyək” adlı xeyriyyə konserti zamanı telemarafondan əldə olunan maliyyə gəliri hesabına təmin etmişdir.

Keçidlər