Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ƏHALİ TİBBİ MÜAYİNƏLƏRDƏN HƏVƏSLƏ KEÇİR

15 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlanan əhalinin kütləvi tibbi müayinələrə cəlb edilməsi prosesi respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da uğurla davam etdirilir. Rayon sakinləri onlar üçün yaradılmış bu imkandan faydalanmaq üçün böyük həvəslə təyin olunmuş tibb müəssisələrinə müraciət edirlər.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin bildirdiyinə görə hər gün müayinə üçün müraciət edənlərin sayı daha da artmaqdadır. Aksiyaya start verildiyi gündən etibarən aprelin 12-dək rayon üzrə nəzərdə tutulmuş 18 yaşdan yuxarı 102896 nəfər rayon sakinlərinin 68420 nəfəri müayinələrdən keçirilib. Müayinələr nəticəsində müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 3195 nəfəri ambulator, 595 nəfəri isə rayonda yerləşən səhiyyə müəssisələrində stasionar müalicəyə cəlb edilib. Daha 142 nəfər rayon sakini isə xüsusi göndərişlə paytaxt Bakı şəhərinə ixtisaslaşmış müalicəyə göndərilib. Bu günədək həkim briqadaları rayonun 50 yaşayış məntəqəsində əhalini tibbi müayinələrdən keçirib.
Aksiyanın gedişi ilə bağlı fikirlərini bildirən sakinlər isə bunları söylədilər.
Şövqi Tahirov (Lənkəran şəhər sakini): “Bu gün əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin vermiş olduğu tapşırıq əlbəttə də ki, hər şeydən öncə vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasına hesablanıb. Mən “Lənkəran – Çörək” ATSC-də işləyirəm. Bu gün kollektivimizin üzvləri MRX-nın Poliklinika şöbəsində tibbi müayinələrdən keçdi. Cənab Prezidentin biz vətəndaşların sağlamlığının diqqətinə bu dərəcədə həssaslıqla yanaşması bizi ürəkdən sevindirir, buna görə ölkə başçısına bütün şəhər sakinləri adından dərin minnətdarlığımızı bildiririk.”
Xanım Həsənova (Ağdam rayonundan məcburi köçkün): “Bir müddət idi ki, səhhətimlə bağlı bəzi narahatçılıqlarım vardı, amma müəyyən səbəblər üzündən həkimlərə müraciət edə bilmirdim. Cənab Prezident İlham Əliyevin məlum tapşırığından xəbər tutduqda çox sevindim. Şəhərdə yerləşən Mərkəzi Rayon Xəstəxanasına müraciət edərək pulsuz tibbi müayinələrdən keçdim. Burada yaradılmış şərait, həkimlərin pasientlərə, xüsusilə rayonda məskunlaşan biz məcburi köçkünlərə qarşı səmimi, həssas münasibəti məni çox razı saldı. Bizim üçün yaradılan bütün bu imkanlara görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.”
Ruslan Həsənov (Gərmətük qəsəbə sakini): “Ölkə başçısının vətəndaşların pulsuz tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığından sonra mən də Lənkəran MRX-na gələrək tibbi müayinələrdən keçdim. Məni qarşılayan həkim kollektivinin səhhətimin qayğısına diqqətlə yanaşması, müayinə üçün yaradılan şərait məndə böyük razılıq hissi yaratdı. Əlbəttə, bu, hamıdan əvvəl məhz cənab Prezident İlham Əliyevin sosial statusundan asılı olmayaraq bütün ölkə vətəndaşlarına göstərdiyi diqqətin və qayğının təzahürüdür. Mən bütün yaradılan şəraitə görə bütün qəsəbə sakinlərimizin adından ölkə başçımıza minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində ona daha böyük uğurlar arzulayıram.”

Keçidlər