Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONUNUN VELƏDİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

11 aprel 2014 | 15:00

Aprelin 10-da Lənkəran rayonunun daha bir yaşayış məntəqəsinə – Velədi kəndinə təbii qaz verildi. Bu münasibətlə kənddə təntənəli mərasim keçirildi.
Mərasimi giriş sözü ilə Lənkəran ŞİH başçısının Gərmətük inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vadim Qasımov açaraq bütün kənd sakinlərinin minnətdarlığını çatdırdı.
Kənd sakinlərindən Mais Cəfərov və Əlisa Veysəlov ürək sözlərini söylədilər, uzun fasilədən sonra əraziyə yenidən təbii qazın verilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əhalini əlamətdar hadisə ilə əlaqədar təbrik etdi, mavi yanacağın hər bir ailəyə hərarət, bərəkət və sevinc gətirməsini arzuladı.
Lənkəran rayonunda bu günədək yaşayış məntəqələrinin 75 faizinin qazlaşdırıldığını diqqətə çatdıran İcra başçısı ilin sonunadək bu sahədə işlərin 95-100 faiz icra ediləcəyini və yerdə qalan ərazilər üçün layihələşdirmənin aparıldığını söylədi.
T.Qaraşov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf strategiyasının hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş III Dövlət Proqramında yeni proqram və layihələrin icra ediləcəyini, hazırda Lənkəran rayonunda su-kanalizasiya, iri yol layihələrinin uğurla həyata keçirildiyini bildirdi, yeni məktəblərin və uşaq bağçalarının tikintisinin sürətlə aparıldığını, şəhərimizdə park və bağlarda, küçə və prospektlərdə görülən tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, ölkəmizdə, o cümlədən rayonumuzda yerinə yetirilən bu və digər yeniliklərin insanların firavan yaşayışına xidmət etdiyini söylədi və bütün lənkəranlıları dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
Sonda “mavi alov”un açılışını bildirən rəmzi məşəl yandırıldı.
Velədi kəndində 379 nəfər abonent üçün 379 tənzimləyici şkaf və sayğac quraşdırılmış, əraziyə 95 min 465 poqonnımetr polietilen boru çəkilmişdir.

Keçidlər