Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NÖVBƏTİ TARİX DƏRSi KEÇİRİLDİ

03 aprel 2014 | 15:00

Aprelin 2-də Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün növbəti dərsdənkənar tarix dərsi keçirildi. Bu dəfəki dərsdə rayonun Bəliton, Tüədo və Şürük kənd orta məktəblərinin şagirdləri iştirak edirdilər. 90 dəqiqə davam edən dərs boyu iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzə oxundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Tarix dərsini Lənkəran xarici dillər təmayüllü gimnaziyanın direktoru və tarix müəllimi Mənsur Ağayev aparmışdır.
Məlumat üçün bildirək ki, tarix dərsləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubu əsasında fevral ayının 1-dən etibarən keçirilməyə başlanıb. May ayının sonunadək davam edəcək dərslərdə rayonun 72 orta ümumtəhsil məktəbindən 1868 nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulub. Lənkəran şəhər Təhsil şöbəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq dərslər iki mövzuda – “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçiriləcəkdir.
Qeyd edək ki, dərslərin keçirilməsində məqsəd ən yeni tarixin, bu tarixdə Azərbaycan dövlətçiliyinin inkişaf yolları, Ulu Öndər Heydər Əliyev təfəndən əsası qoyulmuş sosial-iqtisadi və mədəni inkişafın istiqamətlərin,  bu istiqamətlərin müəyyənləşdirilməsuində Heydər Əliyev dühasının misilsiz rolu, Ümummilli Liderin siyasi kursunun Azərbaycan xalqına qazandırdığı uğurların şagirdlər tərəfindən daha ətraflı və dolğun öyrənilməsini təmin etməkdən, onların həyatda fəal mövqe nümayiş etdirmələrinə yardımcı olmaqdan, həmçinin şagirdlərdə vətənpərvərlik və torpağa sevgi hisslərinin möhkəmləndirilməsidən ibarətdir. Bununla yanaşı Ulu Öndərin gərgin və şərəfli həyat və fəaliyyətinin, Onun müasir Azərbaycanımızın quruculuğu siyasətində həyata keçridiyi dərin düşünülmüş ideyalarının yaxından öyrənilməsini təmin etməkdir.
Tədrisin daha yüksək səviyyədə təşkili məqsədilə Lənkəran şəhər Təhsil şöbəsi tərəfindən dərslərə rayon üzrə peşəkarlığı, elmi səviyyəsi, metodiki hazırlığı baxımından daha səviyyəli Güloğlan Bağırov, Mənsur Ağayev, Qadir Axundov, Zamin Baxşıyev və sair kimi təcrübəli müəllimlər cəlb olunub.
May ayının sonunadək davam edəcək dərslərin birinci mövzusunda hazırda ümumilikdə rayon üzrə 55 tam orta məkdəbdən 1308 nəfər 11-ci sinif şagirdi iştirak edib.

Keçidlər