Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ

02 aprel 2014 | 15:00

Aprelin 1-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura  iclası keçirildi.
İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov gündəlikdə duran iki məsələni – “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Lənkəran rayonu əhalisinin tibbi müayinədən keçirilməsi vəziyyəti” və “Prezidentin Fərmanlarından və Sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsi və vətəndaşların gündəlik həyati əhəmiyyətli məsələlərinin həlli sahəsində ərazi icra nümayəndəliklərində görülmüş işlərin vəziyyəti” iştirakçıların diqqətinə çatdırdı.
Birinci məsələ ilə bağlı ilk olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın məruzəsi dinlənildi. R.Əliyeva bildirdi ki, tibbi müayinələrin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məktubu və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun Sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla qrafik tərtib olunmuşdur. Hazırda müayinələrin mütəşəkkilliklə həyata keçirilməkdə olduğunu qeyd edən İcra rəsmisi aksiyanın kütləviliyini təmin etmək məqsədilə yerli “Cənub”  televiziyasında, “Lənkəran” qəzetində, o cümlədən AZTV, Xəzər, Space, İctimai, ANS, Azad Azərbaycan televiziya kanallarında əhali arasında təşkilati-izahat işinin aparılması üçün müxtəlif səpkili materiallar yayımlanmışdır. R.Əliyeva həmçinin bildirmişdir ki, ötən vaxt ərzində qrafikə uyğun olaraq bir sıra müəssisə və təşkilatların, dövlət qurumlarının kollektivləri, həmçinin sadə rayon sakinləri pusluz tibbi müayinələrdə iştirak etmişdir. Müayinələrin gedişi yerli və respublika miqyaslı kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Sonra Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev və Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Malik Məmmədov çıxış edərək müayinələrin gedişi, aksiyada iştirak edənlərin sayı, aşkarlanan xəstəliklər və müalicəyə cəlb olunanların sayı haqqında geniş məlumat verdilər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Aparatın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsi və vətəndaşların gündəlik həyati əhəmiyyətli məsələlərinin həlli sahəsində rayonun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində ardıcıl işlər aparılmış, ərazilərdə sosial-iqtisadi inkişaf və mədəni quruculuqla bağlı tədbirlər həyata keçirilmiş, bunun nəticəsində vətəndaş müraciətləri, arzu və təkliflər əsasən həllini tapmış, sosial yönümlü obyektlər tikilib istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır.
Hər iki məsələ ilə bağlı sadalanan faktlara münasibətini bildirən İcra başçısı Taleh Qaraşov tibbi müayinələrin gedişini daha da kütləviləşdirmək üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyini, sakinlərin müayinəsinə xüsusilə yüksək diqqətlə yanaşılmasının vacib olduğunu vurğuladı.
İclasda həmçinin rayonda aparılan abadlıq-quruculuq işlərinin hazırki vəziyyəti müzakirə edildi. Bununla əlaqədar çıxış edən Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov həyata keçirilən işlər, çatışmazlıqlar və qarşıda duran vəzifələrlə bağlı məlumat verdi.
Tədbiri yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bir daha bütün vəzifə sahiblərini işlərində daha diqqətli olmağa, rayonun ictimai-siyasi həyatında gedən prosseslərə həssaslıqla yanaşmağa və rayonumuzun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışmağa səslədi. Xüsusilə abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi və buna daha böyük məsuliyyətlə yanaşılması üçün aidiyyatı qurumların rəhbərlərinə ciddi tapşırıqlar verdi.

Keçidlər