Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

SOYQIRIM QURBANLARININ XATİRƏSİ LƏNKƏRANDA DA DƏRİN HÜZNLƏ ANILDI

01 aprel 2014 | 15:00

31 Mart – azərbaycanlıların soyqırımı günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da dərin hüznlə anıldı.
Martın 31-də səhərin erkən saatlarından rayon əhalisi soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərimizdə soyqırım qurbanlarının xatirəsinə salınan parkın qarşısına toplaşmışdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoydu, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad etdi.
Daha sonra hüquq-mühafizə orqanlarının, rayonun icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək buraya qərənfil dəstələri düzdülər.

Keçidlər