Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə sərgi təşkil edildi

08 mart 2014 | 16:00

07 mart 2014-cü il tarixdə saat 10:30-da Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində xanımların əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə tələbələr və məktəblilər öz əl işlərini nümayiş etdirmişlər. Ümumilikdə sərgi iştirakçılarının sayı 45 nəfəri əhatə etmişdir. 90-a yaxın rəsm və əl işinin nümayiş olunduğu sərgidə müxtəlif nominasiyalar üzrə bir, iki və üçüncü yerlər müəyyənləşdirilmiş və fərqlənən işlərin müəlliflərinə müvafiq olaraq Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim edilmişdir.

Keçidlər