Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN SƏDRİ LƏNKƏRANDA BÖLGƏ SAKİNLƏRİNİ QƏBUL ETMİŞDİR

08 mart 2014 | 16:00

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov martın 7-də Lənkəran şəhərində cənub bölgəsinin sakinlərini qəbul etmişdir. Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəran rayonunun sakinləri ilə yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan  50-yə yaxın sakinin müraciəti dinlənilmişdir.
Qəbulda olmuş vətəndaşların müraciətlərinin mahiyyəti əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər xidməti qaydada tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlərin həllı bilavasitə Komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınmış və Komitənin müvafiq məktubları ilə aidiyyatı qurumlara ünvanlanmışdır. Bu barədə öz səlahiyyətlərinə aid işlərin həmçinin qısa müddətdə icrası məqsədi ilə Komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilmişdir.

Keçidlər