Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA OD ÇƏRŞƏNBƏSI QEYD OLUNDU

05 mart 2014 | 16:00

Martın 4-də xalq təqvimi ilə boz ayın axır çərşənbələrindən ikincisi sayılan Od çərşənbəsi Lənkəranda da böyük coşqu ilə qeyd olundu. Həmin gün şəhərin Dəmiryolu vağzalı ərazisindəki meydanda keçirilən bayram şənliyində çərşənbə adətlərinə uyğun olaraq tonqal qalandı, rayonun incəsənət ustalarının ifasında mərasim nəğmələri və xalq mahnıları ifa olundu. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında  Novruz adətlərinə aid müxtəlif səhnəciklər nümayiş etdirildi.
Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri də iştirak edirdilər.
Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən kiçiyə hər kəsin böyük sevincinə səbəb olub.

Keçidlər