Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib

20 may 2021 | 16:00

Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin tədbirlər planında nəzərdə tutulmuş  məsələlərin,  verilən tapşırıqların vaxtında icrasına müntəzəm olaraq diqqət yetirilir. Bununla əlaqədar İcra başçısı yanında operativ onlayn müşavirələr xüsusi əhəmiyyət kəsb edir. Bu onlayn müşavirələrdə  rayonda sosial-iqtisadi inkişaf, mədəni quruculuq və təsərrüfat həyatı ilə bağlı vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar dinlənilir, müzakirələr keçirilir və müvafiq qərarlar qəbul olunaraq yeni vəzifələr müəyyənləşdirilir. Növbəti onlayn müşavirə 19 may 2021-ci il tarixdə keçirilib. İcra başçısının sədrliyi ilə keçən müşavirədə rayonda COVİD-19 pandemiyası ilə bağlı aparılan vaksinasiyanın gedişi, erkən nikah hallarına qarşı mübarizə tədbirlərinin, izahat-təbliğat işlərinin gücləndirilməsi, barama mövsümü ilə bağlı kümçülərlə əlaqəli işin qurulması və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlərin icra vəziyyəti ilə bağlı məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. İcra başçısı müşavirədə müzakirə olunan məsələlərin aktuallığını önə çəkərək dövlət hesabına həyata keçirilən vaksinasiyanın əhalinin sağlamlığındakı əhəmiyyətli rolunu xüsusi vurğulamışdır. O,  erkən nikahların ailə münasibətlərinə mənfi təsirini nəzərə alıb yerli hakimiyyət orqanlarının ictimaiyyətlə birgə fəaliyyətinin qurulmasının vacibliyini bir daha diqqətə çatdırmışdır. İcra başçısı eyni zamanda barama mövsümünün başlanılması ilə əlaqədar yerlərdə kümçülərlə əlaqələrin intensivləşdirilməsi, bu gəlirli sahəyə dövlət qayğısından və qabaqcıl təcrübədən səmərəli istifadə olunması, barama qurdunun yem bazasının qorunması ilə bağlı tövsiyələrini vermişdir. Müşavirədə İcra başçısı həmçinin yerlərdə qanunsuz tikinti aparanlara qarşı profilaktik tədbirlərlə yanaşı izahat işlərinin aparılmasının da vacibliyini qeyd etmiş və qarşıdakı yay mövsümü ilə əlaqədar yaşıllıqların qorunması, suvarma sistemlərinin vaxtında bərpa edilməsi və su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər