Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Ağsaqqallar Şurasının yeni tərkibi seçilib

16 fevral 2021 | 16:00

Fevralın 12-də Heydər Əliyev Mərkəzinin akt zalında Lənkəran şəhər Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdən öncə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzməklə ruhuna dualar oxuyublar.
Xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən iclasda hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Elmira Süleymanova Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Sonra təşkilati məsələlər müzakirə olunub. İyirmi il ərzində Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri işləmiş 99 yaşlı Kamal Kələntərlinin səhhəti ilə əlaqədar vəzifəsindən azad edilməsi xahişi təmin edilmiş, eyni zamanda K.Kələntərli şəhər Ağsaqqalllar Şurasının Fəxri sədri seçilib.
Lənkəran şəhər Ağsaqqallar Şurasının yeni Əsasnaməsi səsə qoyularaq qəbul edilib. Tədbir iştirakçılarının səs çoxluğu ilə Eldar Hüseynov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
Daha sonra Lənkəran şəhər Ağsaqqallar Şurasının 5 nəfərlik İdarə Heyətinə və Təftiş Komissiyasına üzvlər seçiliblər.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhər Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli rolundan bəhs edən natiq vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların da fəaliyyəti danılmazdır. T.Qaraşov fəaliyyəti dövründə hər zaman ağsaqqalların  dəstəyindən bəhrələndiyini,  həyati vacib qərarların qəbulu zamanı onlarla məsləhətləşdiyini xüsusi qeyd edib.
Sonda Lənkəran şəhər Ağsaqqallar Şurasının  sədri Eldar Hüseynov göstərilən etimada görə təşəkkürünü çatdıraraq, şuranın  uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Keçidlər