Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Şovu kəndində İcra başçısının səyyar qəbulu keçirildi

08 avqust 2019 | 16:00

 08 avqust 2019-cu il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun ucqar Şovu kəndində keçirib.  Şəhər İcra hakimiyyətinin məsul işçilərinin, rayonunun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların, xidmət idarələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və qaldırdıqları məsələlər yerindəcə araşdırılaraq onlara rəsmi cavablar verilməklə aidiyyəti üzrə müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş zamanı müraciət edən sakinlər arzu və təkliflərini bildirməklə  yanaşı həm də, vətəndaşların maddi-məişət şəraitinin yaxşılaşdırılması, maaşların, pensiya və müavinətlərin artırılması istiqamətində cənab Prezidentin müvafiq sərəncamları ilə davamlı olaraq həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini və son illərdə ən ucqar kəndlərdə sosial-iqtisadi inkişafın sürətlənməsindən, mədəni-quruculuq işlərinin genişlənməsindən razılıqlarını bildiriblər. Səyyar qəbul-görüşdən razılıq edən vətəndaşlar çıxışlarında ərazidə təzə məktəbin, tibb məntəqəsinin tikilməsini,  Lənkəran-Lerik magistral avtomobil yolunun yenidən başdanbaşa  asfaltlanmasını, elektrik enerjisinin fasiləsiz verilməsini, yaşayış evlərinin qazlaşdırılmasını bu qayğının bəhrəsi kimi vurğulayıblar.

Keçidlər