Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Milli qurtuluş günü Lənkəranda təntənə ilə qeyd olunub

15 iyun 2019 | 16:00

Çağdaş Azərbaycan tarixinin parlaq səhifəsi olan 15 iyun-Milli Qurtuluş günü ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da təntənəli şəkildə, əsil ümumxalq bayramı kimi qeyd olunur. Artıq bayram ərəfəsində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, əmək kollektivlərində, ictimai təşkilatlarda Milli Qurtuluş günü ilə əlaqədar silsilə tədbirlər, yığıcaqlar, kitab müzakirələri keçirilir, sərgilər nümayiş etdirilir.  Iyunun 15-də isə Heydər Əliyev xatirə parkında bayram münasibətilə ümümrayon tədbiri keçirilib.  Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri, kollektiv üzvləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.   İcra başçısı Ümummilli Liderin əzəmətli abidəsi önünə tər çiçəklər düzdükdən sonra ümümxalq ziyarəti başlanmış və minlərlə lənkəranlı gül-çiçək dəstələri ilə Azərbaycan xalqının böyük xilaskarı, alovlu vətənpərvər Heydər Əliyevin Vətənimizin azadlığı və dövlətçiliyimizin xilası yolunda göstərdiyi tarixi xidmətlərinə dərin hörmət və ehtiramını ifadə etmək üçün onun abidəsini gül-çiçək dəstələri ilə ziyarət ediblər. Həmin gün Heydər Əliyev Mərkəzində də qələbəlik olub, İcra başçısı və tədbir iştirakçıları mərkəzdə Heydər Əliyev müzeyinə baş çəkib oradakı eksponatlara bir daha tanış olublar.Tədbir şəhər Mədəniyyət mərkəzində elmi-praktik konfrans və bayram konserti ilə yekunlaşıb.

Keçidlər