Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı vətəndaşları yaşadıqları kənddə qəbul etdi

10 aprel 2019 | 16:00

        Vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə prezidentinin qarşıya qoyduğu vəzifələrin icrasından ötrü  Lənkəran Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi əməli tədbirlərdən biri də yerlərdə səyyar qəbul-görüşlər keçirməsidir. İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Aprelin 10-da rayonun Səpnəkəran kəndində keçirib. Sakinlərin razılıqla qarşıladığı səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirakı ediblər. Qəbul zamanı çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırılmış məsələlərin vaxtında həllinə, kənddə yeni müasir tələblərə cavab verən üçmərtəbəli məktəbin tikilib istifadəyə verilməsinə, kəndin mərkəzi yolunun asfaltlanmasına, elektrik xətlərinin kabelləşməsinə, sel sularının daşqına səbəb olduğu ərazilərdə sahilbərkitmə işlərinin görülməsinə, fərdi qaydada qaldırılmış bir çox məsələlərin həllini tapmasına görə minnətdarlıqlarını bildiriblər. Onlar müraciətlərində mədəni quruculuq və digər məsələlərlə bağlı bir sıra yeni təkliflər irəli sürmüş və fərdi xahişlər ediblər.      
          Səyyar qəbulu yekunlaşdıran İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən sosial layihələrdən, aparılan quruculuq-abadlıq işlərindən geniş bəhs edərək bu işlərin bundan sonra da davam edəcəyini vurğulamış və qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

 

Keçidlər