Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub

13 fevral 2019 | 16:00

 

Fevralın 13-də Lənkəranda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Tural Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ŞİH başçısı aparatının əməkdaşları, xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin möhtəşəm abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzindəki muzeydə Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən foto-stendlərə baxış keçirilib.
Tədbir xidmətin yerli şöbəsində davam etdirilib.

Keçidlər